Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avzada keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündə çıxışı zamanı bildirib.
O, həmçinin, qeyd edib ki, Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqlarının azad olunması görülən işlərin uğurlu olduğunun sübutudur.
"Əl-ələ verdiyimiz, həmrəy olduğumuz hər məsələdə uğurlu olacağımıza əminəm. Bunun ən son nümunəsi Qarabağın 30 illik işğalına son qoyan Vətən müharibəsidir. Türk Dövlətləri Təşkilatı bu baxımdan son dərəcə önəmlidir", Ərdoğan deyib. (APA)