09.06.2025, 09:28
AZ EN
13.12.2022, 12:05 174

Kamran Qasımov: “Bizim tərəfimizdən heç bir aqressiya müşahidə olunmur, olunmayıb da”

XƏBƏRLƏR
  • Azərbaycan nümayəndə heyəti Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji teroru ilə bağlı nümayəndə heyətimizin ekoloji monitorinqinə icazə verilməsi üçün dünəndən bəri aksiya keçirir.

Real TV-nin əməkdaşı Kamran Qasımov hadisə yerindən birbaşa mıəlumat verərək bildirir ki, dekabr ayının 12-dən bəri Şuşa-Xankəndi yolunda QHT nümayəndələri və könüllü gənclər Xankəndi yoluna toplaşaraq məhz Azərbaycanın ərazilərindən qanunsuz istifadəyə, qanunsuz lokistik fəaliyyətə son qoyulması və eyni zamanda hələ də təəssüf ki,  Azərbaycan ərazisində  qalmış Ermənistan ordusunun tör-töküntülərinin  çıxarılması məqsədi ilə aksiyanı davam etdirirlər. Aksiya gecə saatlarında da davam etdirilib. Təxminən 200-dən artıq insan gecə burda növbədə idi.

Kamran Qasımov daha sonra vurğulayıb ki, bir məsələyə xüsusi olaraq diqqətinizi çəkmək istərdik. Bu, məhz “Teleqram” kanallarında və digər çoxlu baxış sayı olan veb resurslarda feyk məlumatların yayılmasıdır. Məlumatlar nədən ibarətdir?  

Elə bayaq operator Azərlə də müşahidə etdik, Rusiya sülhməramlıları, daha doğrusu, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti bu cığır vasitəsilə rahat şəkildə  keçib gedib-gəlirlər.  Onlara heç bir maneə yoxdur.  Yəni onlar üçün yerdəyişmə etmək mümkündür. K.Qasımov daha sonra əlavə edib ki, digər bir məsələyə də toxunmaq istərdik. Həmin məlumatlarda bildirilir ki, guya Azərbaycan yolu bağlayıb. Bu, belə deyil. Azərbaycanın Vətəndaş Cəmiyyətinin  institutları yolu bağlamayıb. Bu yolu bağlayan, bir daha deyirik, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentidir. Bəli, onlar özləri dünəndən bəri bu yolu bağlayıblar. Biz isə sadəcə olaraq öz tələblərimizi irəli sürmək üçün bura gəlmişik. Tələblərimiz isə artıq bir neçə dəfə səsləndirilib. İstər bizim vasitəmizlə, istərsə də bizim digər media nümayəndələrinin vasitəsilə artıq çatdırılıb: ”Mülki vətəndaşlara hər iki tərəfdən, istər Xankəndi və əks istiqamətdən gedib-gələn tərəflərdə yol açıqdır. Yəni yol açıq qala bilər. Əgər Rusiya sülhməramlı kontingenti onu açsa. Biz mülki maşınlara, təcili-yardım maşınlarına, mülki insanlara rahat şəkildə hərəkət etməyinə icazə veririk. Bu dinc etiraz aksiyasıdır. Bizim tərəfimizdən heç bir aqressiya müşahidə olunmur, olunmayıb da. Video-kadrlar da  var. Biz bir daha bildiririk ki, bunlar feyk məlumatlardır. Nə üçün feyk məlumatlardır? Çünki üzərinə düşən məsuliyyəti yerinə yetirmək  istəməyən, bu məsuliyyətlərdən, bu öhdəliklərdən boyun qaçıran insanlar, ermənilər, ermənipərəst dairələr, onları müdafiə edənlər məhz bu yalan məlumatları yayırlar. Xüsusi olaraq qeyd etmək istəyirik ki, bu, dinc etiraz aksiyası davam edəcək  general Volkov gəlib burda 9 dekabrda baş verən hadisənin hesabatını verənədək davam edəcək”.

Xatırladaq ki, 9 dekabrda Azərbaycan nümayəndə heyəti təbii resurslardan qanunsuz istifadəni araşdıran monitorinq  qrupunun fəaliyyətinə Xocalı ərazisinin girişində mane oldu. Qızılbulaq, Dəmirli yataqlarına girişdə biz erməni  separatçılarının dirənişi ilə rastlaşdıq. Halbuki Rusiya sülhməramlı kontingenti orda dirəniş göstərən ermənilərə belə münasibət bəsləməsəydilər, bəlkə də, bütün məsələlər öz həllini tapmışdır. Şühəsiz bu, insanlar Volkovun bura gəlib xalqın qarşısına çıxaraq baş verənlərlə bağlı izahat verməyi tələb edirlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər