30.12.2024, 21:59
AZ EN
12.12.2022, 15:08 271

Ceyhun Məmmədov: “Azərbaycanın haqqı var ki, ərazilərini diqqətdə saxlasın”

XƏBƏRLƏR
  • Azərbaycan  QHT-ləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Adına sülhməramlı dediyimiz rus kontingenti əllərində silah, arxada isə ağır texnika ilə onların qarşısını kəsib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov  məsələyə münasibətini belə ifadə edib: “Rusiya sülhməramlı kontingentinin addımı qanunsuzdur, bu, növbəti təxribat kimi qiymətləndirilməlidir. Həmin ərazilər Azərbaycan əraziləridir. Ona görə də bu məsələdə Azərbaycanın həssaslığı mütləq nəzərə alınmalıdır. İndiki halda ən önəmli məsələlərdən biri budur ki, Azərbaycan təhlükəsizliyini təmin etməlidir, bunun üçün hər cür şərait yaradılmalıdır. Rusiya sülhməramlılarının missiyası sülh yaratmaq, barışığı təmin etməkdir. Bacarmırlarsa, onda bunu özümüz edə bilərik...”

Deputat bildirib ki, Rusiya hərbi kontingenti əvvəlcədən azərbaycanlılar üçün şərait yaradacaqlarına söz versələr də, yenə də ardından pozuculuq fəaliyyətini görürük: “Azərbaycanlıların ora getməsinin qarşısı alınır. Bundan əlavə, sülhməramlılar Vardanyanla bir yerdə iş birliyinə gedərək Qarabağda, hətta mitinq keçirilməsinə şərait yaradırlar. Bu, əlbəttə, birmənalı olaraq qəbuledilməzdir. Görünür, Rusiya Ruben Vardanyana çox böyük ümid bəsləyir, düşünür ki, onun vasitəsilə Qarabağda hansısa işləri yerinə yetirəcək. Suveren ərazilərimizdən bu cür istifadə olunması qəbuledilməzdir. Onlar nəzərə almalıdırlar ki, Azərbaycan buna heç vaxt imkan verməyib, verməyəcək. Təxribatlara son qoyulmalıdır. Azərbaycanın haqqı var ki, ərazilərini diqqətdə saxlasın, torpaqlarına sahib çıxsın. Hesab edirəm, sülhməramlıların bu addımları həm də Rusiya və Azərbaycan arasında imzalanmış sənədlərin ruhuna ziddir. Bu məqam da mütləq nəzərə alınmalıdır. Belə məsələlərdə tərəflərin üzərinə böyük bir məsuliyyət düşür. Bütün tərəflər elə etməlidirlər ki, bu cür hallar, qarşıdurmalar baş verməsin. Rusiya tərəfi də bunu diqqətə almalıdır…”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər