- Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı inandığını bildirib ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcək. (AZƏRTAC)