07.04.2025, 12:12
AZ EN
06.04.2025, 08:27 137

Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır

XƏBƏRLƏR
  • Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: “Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik”.

Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: “Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq”.

Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayan Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib.

"Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir”. (Report)

Oxşar xəbərlər