Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla investisiyaları nəzərə almasaq təkcə “British Petroleum” Azərbaycana 80 milyard dollara yaxın sərmayə qoyub. Buna Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsini də əlavə etsək aydın olar ki, bunun üçün Böyük Britaniyanın Rusiya və İran ərazisindən yan keçən, türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Sünik dəhlizinə ehtiyacı var.
Onu da nəzərə alaq ki, “artsax” müharibəsinin "uğurlu kampaniyasının" nəticəsi olaraq 2020-ci il müharibəsindən sonra noyabr ayında Türkiyəyə 18 milyard, o cümlədən də hərbi sektora 100 milyon əlavə sərmayə qoyulmuşdur. Bu, “artsax” müharibəsinin geosiyasi səbəblərindən sadəcə biridir. Digər məqamları bir kənara qoyaq.
İndi gəlin Fransaya qayıdaq. Fransanın “Total” şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə isə cəmi 3 milyard sərmayə qoyub (Azərbaycanın Fransaya yatırdığı sərmayələr isə təxminən 6 milyard təşkil edir). Bundan başqa 2017-ci ildə “Total” Trampın nüvə proqramından çıxdıqdan sonra İrana 4,8 milyard sərmayə qoyub. İranla razılaşmada Fransa özünü qurban hesab edir.
Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb və Fransa Azərbaycandan nəsə qoparmayana qədər, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi o məğlubiyyət mərhələsindədir.
Şəxsi heç bir şey yoxdu, sadəcə biznesdir.
Burada qeyri-adi heç nə yoxdur, insanlar bizneslə məşğuldurlar, amma bunu həyatı oriyentasiya baxımından qəbul edən kütləyə necə izah etmək olar?..”