20.10.2024, 00:03
AZ EN
15.03.2024, 09:46 278

Ermənistan sərhəddə bir neçə yüksəkliyi itirməli olacaq

XƏBƏRLƏR
  • Ermənistanın Tavuş vilayətinə bitişik Azərbaycan kəndlərindən 4-nün geri qaytarılması sərhədyanı ərazilərdəki strateji yüksəkliklərə və kommunikasiyalara nəzarət imkanları da dəyişəcək.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Vitali Manqasaryan deyib. Onun sözlərinə görə, Qazaxın Ermənistanla sərhəddə yerləşən 4 kəndinin işğaldan azad edilməsi Azərbaycanın həmin ərazilərdə üstünlüyü ələ keçirməsi deməkdir: "Həmin ərazidən keçən yol və qaz kəməri faktiki olaraq Azərbaycanın nəzarətində qalacaq. Bu gün rəsmi Bakının 4 kəndin dərhal təslim edilməsi ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində atdığı addımlar Ermənistanın şimalında müdafiə xəttini də zəiflədəcək. Ərazilərin növbəti təhvil verilməsi ona gətirib çıxaracaq ki, Azərbaycan tərəfi Ermənistanın şimalında başlanğıc mövqe üstünlükləri əldə edəcək".

Vitali Manqasaryan bildirib ki, Ermənistan Azərbaycanın xəritəyə əsaslanan tələbləri qarşısında geri çəkilməyə məcburdur. Üstəlik onsuz da həmin ərazilərdəki əsas yüksəkliklərdə Azərbaycan ordusunun əsgərləri yerləşib və hətta bəzi yaşayış məntəqələri müşahidə  altındadır. Ancaq Qazaxın 4 kəndinin qaytarılması ilə  strateji kommunikasiyalara nəzarət də de-yure Azərbaycanın əlininə keçəcək: "Buraya dövlətlərarası yol və qaz kəməri də daxildir. Əgər 4 kənd doğrudan da Azərbaycana təhvil veriləcəksə Ermənistanın strateji kommunikasiyalarına da nəzarət onlarda olacaq. Ona görə də Azərbaycanın bu tələbini yerinə yetirmək Ermənistan üçün çox ciddi başağrısına çevriləcək".

Elxan SALAHOV

Oxşar xəbərlər