20.09.2024, 09:49
AZ EN
03.11.2023, 11:53 312

Hamlet İsaxanlı: Tarixi torpaqlarımızın işğal prosesinin əsası sovet dövründə qoyulub

XƏBƏRLƏR
  • Azərbaycan əsrlər boyu müxtəlif müharibələrin və tarixi hadisələrin şahidi olub. Qarabağ münaqişəsinin yaranması sovet dövrünə gedib çıxır. Həmin dövrdə Dağlıq Qarabağ adlanan ərazidə separatçı qüvvələrin həyata keçirdiyi siyasət nəticəsində bizim tarixi torpaqlarımızda adların dəyişdirilməsinin şahidi olduq. Tarixi adı Xankəndi olan şəhərin adı dəyişdirilib “Stepanakert” edildi və bu da onu göstərir ki, torpaqlarımızda işğal prosesinin əsası həmin dövrdən qoyulub.

Bu sözləri “Böyük Qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı deyib.

Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsini tarixi hadisə adlandıran H.İsaxanlı əlavə edib: “Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizin əsas hədəflərindən biri Qarabağ torpaqlarının işğaldan azad olunması idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 3 il bundan əvvəl 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldik. Bu ilin sentyabrında isə antiterror tədbirləri keçirərək suverenliyimizi tam şəkildə bərpa etdik”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR