Bunu bu gün ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
"Səfir Riker Qafqaz danışıqları üzrə baş müşavir olaraq ölkələrin rəhbərlikləri ilə görüşmək üçün regiona səfər edib. Onun müzakirələri gələcək Ermənistan-Azərbaycan danışıqları prosesinə, sülh, inkişaf və regional əməkdaşlığın qurulması üçün qalan məsələlərin həllinə yönələcək. O, səfəri çərçivəsində Cənubi Qafqaın hər üç ölkəsinə gedəcək. Noyabrın 28-də Riker Bakıya gəlib, bundan sonra Tbilisi və İrəvana gedəcək", - səfirlikdən deyiblər.
Qeyd olunub ki, bu səfər ABŞ dövlət katibi Entoni Blinkenin noyabrın 7-də Vaşinqtonda Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşünün davamıdır.