Bu sözləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə söyləyib.
“Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığının şahidi olmuşam. Bu, Azərbaycan üçün möhtəşəm dövrdür. Burada olduğum üçün həqiqətən də xoşbəxtəm”, - deyə sabiq səfir qeyd edib. (AZƏRTAC)