Bu barədə XİN-in tviter hesabında yazılıb. “Bu gün Qarakənd kəndində baş vermiş faciənin 31-ci ildönümüdür. Erməni silahlı dəstələri tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə Azərbaycanın görkəmli dövlət xadimləri, hökumət üzvləri, deputatlar və jurnalistlər də daxil olmaqla 22 nəfər həlak olub”, - paylaşımda deyilir. ("Report")