18.10.2024, 22:24
AZ EN
13.07.2023, 19:56 290

Azərbaycan əsgərinə qarşı olan hər hansı bir təxribat ən sərt formada cavablandırılacaq - Ceyhun Bayramov

XƏBƏRLƏR
  • Azərbaycan əsgərinə qarşı olan hər hansı bir təxribat ən sərt formada cavabılandırılacaq

Bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Agdamda jurnalistlərə verdiyi açıqlamasında deyib.

İyulun 15-də Brüssel səfərilə bağlı jurnalistlərin suallarını cavablandıran Ceyhun Byramov bildirib ki, Liderlər formatında görüşərkən Azərbaycan-Ermənistan arasında gündəlikdə olan bütün mövzularla bağlı – sülh müqaviləsi ilə bağlı, delimitasiya prossesi, kommunikasiyaların açılması, humanitar mövzularla bağlı danışıqlar gedir.

Təxribatların danışıq prosesinə mənfi təsir göstərdiyini deyən Ceyhun Bayramov deyib: Təbii ki, təxribatların baş tutması sülh prossesinə töhfə vermir, əksinə daha çox gərginlik yaradır. Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycanın çağırışı Ermənistanı bu təxribatlardan çəkindirməkdir. Azərbaycan əsgərinə qarşı olan hər hansı bir təxribat ən sərt formada cavablandırılacaq. Bu addım təxribatı düşünənlərin və onu həyata keçirənlərə xeyir verməz”. ("Trend")

Oxşar xəbərlər