20.04.2025, 07:08
AZ EN
17.11.2022, 10:11 554

Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

XƏBƏRLƏR
  • Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.

Bu barədə parlamentdən məlumat verilib.

Sessiya çərçivəsində NATO-nun yeni strateji konsepsiyası, Qərbi Balkanlarda vəziyyət, terrorçuluqla mübarizə, kiber təhdidlər, iqlim dəyişikliyindən qaynaqlanan çağırışlar və digər mövzularda müzakirələr aparılacaq.

Səfər noyabrın 22-də başa çatacaq.

Oxşar xəbərlər