25.12.2024, 17:15
AZ EN
11.11.2022, 17:10 518

İran İslamı da, şiəliyi də gözdən salır

XƏBƏRLƏR
  • Son zamanlar İranda baş verən hadisələr, İranın müsəlman-türk dövlətlərinə qarşı mövqeyi dünya dövlətləri tərəfində də həyacanla izlənilir. Uzun illər İran İslam Respublikası adı altında fars rejiminin yırtıcı simasını İran özü çirkin əməlləri, ermənipərəst mövqeyi ilə açıq-aşkar göstərir. Əslində, İranda İslama aidiyyatı olmayan bir qəddar, cinayətkar rejim formalaşıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın mövqeyinə münasibət bildirərkən deyib ki, bu gün İran özünün şiə dövləti olduğunu iddia etsə də, əslində onun əməlləri şiəliyin prinsiplərinə də uyğun gəlmir. İran bu gün şiəliyi deyil, Xomeyniliyi təbliğ edir və bundan şiə məzhəbinə mənsub insanların yaşadıqları ölkələrdə təsir gücünü artırmaq üçün istifadə edir. Xomeynilik şiəlik deyil. Bunu hər kəs bilməlidir. İran rejiminin bu davranışları islam dəyərlərinə də ziddir. Bu gün İran öz çirkin əməlləri ilə İslamı, şiəliyi də gözdən salır. Bu gün İranın bu siyasətindən ən çox elə şiələr əziyyət çəkir. Əgər İran şiə dövlətidirsə, niyə müsəlman qardaşlarının deyil, Ermənistanın yanındadır, onun güclənməsinə səylə çalışır? Bu əməlləri ilə İran özünü ifşa edir və İslamdan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etdiyini açıq göstərir.

O, deyib ki, İran anlamalıdır ki, Azərbaycan heç vaxt prinsipial mövqeyindən geri dönməyəcək. İran Azərbaycana qarşı nə edirsə, Azərbaycan da onu İrana qarşı edir. İran istəmirsə Azərbaycana qarşı səsləndirdiyi fikirlər bu formada qarşılansın, onda belə fikirlər səsləndirməsin, təxribatlara son qoysun. İran bunun əvəzinə Azərbaycan səfirini Xarici İşlər Nazirliyinə çağırırsa, səfirin də İrana deyəcəyi çox məsələlər var. İran aydınlıq gətirsin ki, niyə Zəngəzur dəhlizinə mane olur? Aydınlıq gətirsin ki,  nə üçün sərhəddə təlimlər keçir, Qafanda konsulluq açır,  müsəlman ölkəsi İran nə üçün əli Azərbaycanın qanına batmış Ermənistanın cinayətkar rejiminin liderləri ilə quçaqlaşıb-öpüşür? Nə üçün bu addımları atır? İran bu suallara aydınlıq gətirməlidir. İstəmirsə Azərbaycan belə reaksiya versin, o zaman normal qonşuluq münasibətini nümayiş etdirsin. Etməyəcəksə, cavabını alacaq. Bunu bilsin! Azərbaycan bölgədə yeni reallıq yaradıb, güclü, müstəqil dövlətdir və öz prinsipiallığını, qətiyyyətini cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman qoruyacaq.

Deputat onu da xatırladıb ki, uzun illərdir ki, İran mediasında Azərbaycana qarşı təxribatlar davam edir: “Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən başlayaraq İranın media orqanları, televiziyaları Azərbaycanın ünvanına müxtəlif ittihamlar, hədyanlar səsləndiriblər. İran bunu 30 ildir, davam etdirir. 30 ildə davamlı olaraq Ermənistana dəstək verdi, onun yanında oldu. Vətən müharibəsində qazandığımız qələbədən sonra cənab Prezident Cəbrayıl səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq körpüsü olduğunu dedi. Bununla İrana mesaj vermək istədik ki, münasibətləri sizinlə normallaşdırmaq istəyirik, keçmişdə etdiyiniz əməlləri kənara qoyun. Biz isə tam əksini gördük. İran təbliğatını davam etdirdi, Azərbaycanın ünvanına hədyanlar səsləndirdi. Belə olan halda, Azərbaycan uzatdığı dostluq əlinin  İran tərəfindən geri çevrildiyini görür. Zəngəzur dəhlizinə maneçilik törədilir, Ermənistana dəstək verir, mediasında Azərbaycana qarşı təbliğat və təxribat törədir, hərbi təlimlər keçirir... Belə olan halda İran Azərbaycandan nə gözləyirdi? İstəyirdi ki, təxribatlarına davam etsin, insanların beynini yusun, cavabında heç bir reaksiya verilməsin?Bu, mümkün deyil”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər