18.03.2026, 11:23
AZ EN
18.03.2026, 10:00 205

Avropalı siyasətçilər Ermənistandakı vəziyyətdən narahatdır

XƏBƏRLƏR
  • Avropa İttifaqı növbəti dəfə Ermənistanda möhkəmlənmək üçün yeni mexanizm işə salır. Brüssel iyun ayında Ermənistanda keçiriləcək seçkilər ərəfəsində mümkün hibrid təhdidlərə qarşı mübarizə məqsədilə İrəvana xüsusi qrup göndərmək qərarına gəlib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallas bununla bağlı xüsusi bəyanatınla çıxış edib. Avropa xarici siyasət diplomatiyasının rəhbəri vurğulay ki, hibrid təhdidlərə qarşı xüsusi qrup Ermənistan hakimiyyətinin müraciəti əsasında göndəriləcək. Onun sözlərinə görə, daha çox texniki dəstək xarakteri daşıyan bu addım seçkilə ərəfəsində Ermənistanın daxilinə yönəldilmiş kənar siyasi müdaxilələrin qarşısının alınmasında mühüm rol oynayacaq.

Ermənistan mətbuatı yazır ki, Avropa Birliyinin bu dəstəyi kibertəhlükələr, informasiya kampaniyaları, media manipulyasiyası və seçki proseslərinə mümkün müdaxilələrin aradan qaldırılmasına kömək edəcək. Əsas məqsədlərdən biri həm də Ermənistan üçün sakit və hamı üçün bərabər imkanlar vəd edən seçki mühitini dəstəkləmək, daxili siyasi sabitliyi qorumaqdır.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Kaya Kallas seçkilər ərəfəsində hibrid təhdidlərə qarşı mübarizə üçün Ermənistana xüsusi qrup göndərmək barədə qərarı şərh edərkən bildirib ki, təzyiqə məruz qalan demokratik ölkələr Avropanın dəstəyinə arxalana bilər. Lakin o, İkinci Qarabağ müharibəsindən sonra Rusiyadan üz döndərərək Avropa İttifaqı ilə əlaqələri genişləndirmək yolunu seçən Ermənistanın qarşıdan gələn seçkilərdə hansı təhlükələr gözlədiyinə dair açıq fikir söyləməkdən çəkinib.

Elxan SALAHOV

Oxşar xəbərlər