27.02.2026, 12:22
AZ EN
27.02.2026, 10:25 145

Sərkisyan yenə istintaqda dindirilir

XƏBƏRLƏR
  • Xocalı soyqırımının əsas təşkilatlarından biri, Ermənistanın 3-cü prezident olmuş Serj Sərkisyanın cinayət işi üzrə sübutların araşdırılması mərhələsi başlayıb. 2018-ci ildə inqilab yolu ilə hakimiyyətdən devrilmiş Sərkisyan Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə korrupsiya əməllərində ittiham olunur.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi dünən Serj Sərkisyana qarşı cinayət işinin istintaqını davam etdirib. Məhkəmə onun ikinci dəfə Ermənistanda müdafiə naziri vəzifəsində çalışdığı dövrdə, yəni 2000-2007-ci illərdə İsakov prospektindəki torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı yol verdiyi qabub pozuntularına dair sübutları araşdırıb. Sərkisyan məhkəmədə bildirib ki, o, torpaq sahələrini yalnız Müdafiə Nazirliyinin kompleksini tamamlamaq üçün satmaq istəyib. İttihama əsasən, Serj Sərkisyan 20 may 2000-ci ildən 4 aprel 2007-ci ilə qədər müdafiə naziri vəzifəsi olduğu müddətdə külli miqdarda rüşvət müqabilində Müdafiə Nazirliyinin balansındakı torpaq sahələrini satıb.

Xatırladaq ki, Serj Sarkisyan 30 iyun 1954-cü ildə Xankəndində doğulub. O, 1989-cu ildən 1993-cü iləsək separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımının əsas təşkilatçılarındandır. İki dəfə (1996–1997 və 17 aprel–23 aprel 2018) Ermənistan Respublikasının Baş naziri, iki dəfə (1993-1995 və 200-2007) müdafiə naziri, 10 il müddətində (2008–2018) vəzifəsində çalışıb. 2018-ci il seçkiləri zamanı Baş nazir postuna seçilsə də, bu vəzifəni cəmi bir həftə icra edə bilib, hazırkı Baş nazir Nikol Paşinyanın liderlik etdiyi müxalifət inqilabi yolla onu hakimiyyətdən devirib.

Elxan SALAHOV

Oxşar xəbərlər