"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan “Telegram” kanalları məlumat yayıb. Qeyd edilir ki, fevralın 12-dən bəri Rusiyadan taxta məhsulları daşıyan təxminən 100 yük maşını Gürcüstanda qalıb. Sürücülər sənədlərinin müsadirə olunduğunu və məhdudiyyətlərin səbəblərinin rəsmi olaraq izah edilmədiyini bildirirlər.
Məlumatlarda o da qeyd olunur ki, Gürcüstan tərəfindən Ermənistana gələn yolun bağlanması son bir ildə tez-tez müşahidə olunur. Buna səbəb kimi Gürcüstan hökumətinin tranzit yollarda təhlükəsizlik nəzarəti tədbirlərini gücləndirməsi göstərilsə də, əsas məqsədin İrəvanın Zəngəzur dəhlizi layihəsində Moskva və Tbilisinin maraqlarını nəzərə almaması ilə izah edilir. Bildirilir ki, ABŞ hökumətinin dəstəklədiyi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlanan Zəngəzur dəhlizi layihəsi regionun nəqliyyat arxitekturasını əhəmiyyətli dərəcədə dəyişəcək. Bu layihənin reallaşması həm də dolayısı ilə Gürcüstanın regional tranzitdən gəlirlərinin azalmasına səbəb olacaq. Rusiyanın da Zəngəzur dəhlizi layihəsində hər hansı formada iştirak istəyinin nəzərə alınmasması Moskvanın Ermənistana qarşı münasibətdə Tbilisi ilə eyni mövqedən çıxış etməsini zərurətə çevirib.
Xatırladaq ki, Gürcüstanın Zəngəzur dəhlizinə qarşı çıxması ilə bağlı iddialar Azərbaycan ərazisi ilə Ermənistana yükdaşımalara məhdiyyətlərin aradan qaldırılmasından, Rusiya və Qazaxıstan taxılın Bakı üzərindən İrəvana çatdırılmasına razılığın verilməsindən sonra səslənməyə başlayıb. İddia olunur ki, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin yaradılması Gürcüstanı öz ərazisindən İrəvana 1,5-2 milyon tonluq daşımanı itirmək riski ilə üzləşdirəcək. Halbuki hazırda Ermənistana ixracın əsas hissəsi Gürcüstan ərazisindən limanlar və ya Yuxarı Lars keçid məntəqəsindən - üç dəfə uzun olan marşrutdan keçir. Bu halda bütün infrastrukturdan istifadə olunur: limanlar, dəmir yolları, avtomobil nəqliyyatı və digər xidmətlər. Bu, ölkəyə əlavə gəlir gətirir. Tranzit məsafələrinin azaldılması Gürcüstanın mənfəətin azalmasına səbəb olacaq. Üstəlik, Gürcüstən tərəfindən bəzi narahatçılıqlar var ki, yeni dəhlizin açılması Bakı- Tbilisi- Qars dəmir yolunun əhəmiyyəti azala bilər. Mütəxisslər isə bildirilər ki, Tbilisinin Zəngəzur dəhlizi ilə bağlı narahatlıqları əbəsdir. Çünki Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir və bu, region dövlətləri, o cümlədən Gürcüstan üçün də iqtisadi imkanlar yaradacaq.
Elxan SALAHOV