O, onilliklər boyu davam edən münaqişələrdən sonra regionun görünməmiş sülh və təhlükəsizlik mərhələsinə daxil olduğunu bildirib.
Çıxışda bildirilib ki, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin mətni paraflanıb, ATƏT-in Minsk qrupu strukturları ləğv edilib, Azərbaycan tərəfindən Ermənistana işğala görə tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırılıb və enerji məhsullarının tədarükü təmin edilib.
Bu addımlar iki ölkə arasında normallaşma və dinc yanaşı yaşama üçün yeni dinamika yaradıb. Azay Quliyev vurğulayıb ki, Ermənistan yeni konstitusiyasını qəbul edən kimi Azərbaycan sülh sazişini dərhal imzalamağa hazırdır.
Deputat, həmçinin ABŞ-nin regionda artan strateji fəallığını, Cey. Di. Vensin bölgəyə səfərini və Bakıda Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını regional sabitliyə güclü dəstəyin göstəricisi kimi qiymətləndirib. O qeyd edib ki, ikitərəfli münasibətlərin hərtərəfli inkişafına mane olan əsas məsələ ABŞ-nin Azərbaycanla dövlət səviyyəsində əməkdaşlığını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişidir və onun tam ləğvi mövcud reallıqlara və hər iki ölkənin milli marağına uyğun olardı. (AZƏRTAC)