12.02.2026, 14:52
AZ EN
12.02.2026, 12:31 50

Ermənistan TRIPP layihəsi ilə bağlı ABŞ-a sənəd göndərəcək

XƏBƏRLƏR
  • "Azərbaycandan Türkiyəyə ən qısa dəmir və avtomobil yolları İcevan-Dilican-Vanadzor- Cağur-Gümrü-Axurik marşrutudur".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, bildirib ki, Azərbaycanın ərazisindən keçən tranzit dəmir yolu açıqdır və ticarət sektoru bu reallığa uyğun hərəkət etməlidir: "Uzun illərdir formalaşmış vərdişləri dəyişmək çətindir, 40 il ərzində bütün logistika məntiqimiz maşınla ixrac üzərində qurulub, amma qatar yükləmə tələb edir, bu, bir vaqonla olmaz, müəyyən həcm tələb edilir, ona görə də logistika məntiqi yenidən təşkil edilməlidir".

Ermənistan lideri vurğulayıb ki, regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün mümkün variantlar müzakirə olunur. Onun sözlərinə görə, hazırda Ermənistan üçün bu məsələlərdə əsas mövzu texniki və texniki-iqtisadi məqsədəuyğunluqla bağlıdır: "Əlbəttə, siyasi proseslərlə də əlaqəsi var. Sülh nə qədər institutlaşdırılsa, ssenarilərin inkişafı bir o qədər ehtimaledilən olur".

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlanan Zəngəzur dəhlizi layihəsininn reallaşması istiqamətində atılan addımlardan danışan Baş nazir deyib ki, Ermənistan bununla bağlı aparılan qiymətləndirmələrin nəticələri barədə şərhini yaxın günlərdə rəsmi qaydada ABŞ administrasiyasına təqdim edəcək. O, qeyd edib ki, layihə iki ölkənin hökumətləri tərəfindən təsdiqlənmiş çərçivə sənədinə əsaslanacaq: "Hazırda layihənin texniki-iqtisadi təhlili aparılır. Bu proses başa çatandan sonra qiymətləndirmənin yekun nəticələri barədə daha konkret fikir söyləmək mümkün olacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər