06.02.2026, 12:50
AZ EN
06.02.2026, 10:15 123

KİV: "Vens fevralın 9-10-da Ermənistan və Azərbaycana səfər edəcək"

XƏBƏRLƏR
  • ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək, növbəti gün isə Azərbaycana səfər həyata keçirəcək.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, onun Ermənistana səfərinin hazırlanması məqsədilə ABŞ-dən nümayəndə heyəti gəlib. Nümayəndə heyəti Ermənistanda 2 həftə qalacaq.

Daha əvvəl ABŞ vitse-prezidentinin İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcəyi barədə məlumat verilmişdi. (Report)

Oxşar xəbərlər