05.02.2026, 13:32
AZ EN
05.02.2026, 11:37 25

Yalçın Rəfiyev: "WUF13 Azərbaycanın milli şəhərsalma təcrübəsinin nümayişi üçün əlverişli şərait yaradacaq"

XƏBƏRLƏR
  • Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın milli şəhərsalma təcrübəsini nümayiş etdirmək üçün əlverişli şərait yaradacaq.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, WUF13 üçün hazırlıq prosesləri davam edir.

"Builki forumun yüksək səviyyədə keçirilməsini istəyirik. WUF13 vasitəsilə Azərbaycan şəhərsalma təcrübəsini genişləndirərək platforma yaratmağa çalışacaq. Yaradacağımız platforma müasir memarlıq və şəhərsalma məsələlərini əhatə edəcək", - nazir müavini qeyd edib.

Y.Rəfiyev, həmçinin əlavə edib ki, bu gün Bakıda baş tutan "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" gənclər üçün bir fürsətdir:

"Bu cür tədbirlər gənclərin siyasi baxışlarının formalaşmasına da müsbət təsir edir. Onların öz fikirlərini bölüşmələri biz diplomatların da bəzi siyasi düşüncələrinə dəstək olur". (Report)

Oxşar xəbərlər