Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi və TADİV Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç müsahibədə bildirib.
Onun sözlərinə görə, sarsılmaz olan Türkiyə-Azərbaycan ittifaqı qardaşlıq və dostluq kimi güclü tarixi təmələ malikdir. Kılıç əlavə edib: “Ölkələrimiz arasındakı münasibətlər dünyada misilsizdir. Müəyyən dairələrin yaydığı dezinformasiya Ankara ilə Bakı arasındakı birliyə paxıllıqdan qaynaqlanır və uğursuzluğa məhkumdur. Əminəm ki, Türkiyə Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq. Biz bir millət, iki dövlətik.
Sabiq səfir ictimaiyyəti yalan məlumatlara inanmamağa çağırıb.
Bu ərəfədə Türkiyə Prezident Administrasiyası da Ermənistana yardım ayrılması ilə bağlı yalan iddiaları təkzib etmişdi. (AZƏRTAC)