Bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə ECOSOC-un 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünya çoxsaylı çağırışlarla qarşı-qarşıyadır:
"Bərabərsizliyin artması, iqlim dəyişikliyinin təsirlərinin sürətlənməsi, iqtisadi inkişafın maliyyələşdirilməsindəki boşluqlar və texnologiyanın sürətli inkişafı fonunda güclü, etibarlı, əlaqələndirilmiş və inklüziv şuraya ehtiyac var. Bu da heç vaxt indiki qədər aktual olmayıb. ECOSOC gələcək yönümlü olmaqla yanaşı, məlumat əsaslı da olmalıdır".
E.Əşrəfzadə vurğulayıb ki, Azərbaycan üzv ölkə gələcəyə hazır vəziyyətdə olan ECOSOC-a sadiqliyini bir daha təsdiqləyir:
"Bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməklə müzakirələrə ölkə təcrübəsinə əsaslanan, siyasət baxımından əhəmiyyətli töhfələr verməyə hazır olduğunu bəyan edir. Biz Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişin sürətləndirilməsi, inkişaf etməkdə olan ölkələrin səsinin daha güclü eşidilməsi və qlobal qərarların real təsirə çevrilməsi istiqamətində fəal əməkdaşlığa hazırıq". (Report)