Qəsəbə sakini Zahid Mustafayev telekanalın əməkdaşına bildirib ki, doğma yurda dönüş onun üçün uzun illərlə davam edən həsrətin bitməsi deməkdir.
Z.Mustafayev Prezident İlham Əliyevin ailələrinə göstərdiyi diqqəti xüsusi vurğulayıb: "Cənab Prezident evimin ilk qonağı olub. Övladlarımla maraqlanıb, onların işlə təmin olunması ilə bağlı tapşırıqlar verib. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə, bu günü bizə yaşadan hər kəsə can sağlığı arzulayıram". (Report)