15.01.2026, 15:33
AZ EN
12.01.2026, 17:57 114

İrəvandan Moskvaya sərt ismarıc

XƏBƏRLƏR
  • Ermənistandakı hakim "Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist Vladimir Solovyovun ölkəsi barədə açıqlamasına sərt təpki göstərib. O, Ermənistanı işğalla hədələyən Solovyovu rus şovizminin qatı təbliğatçısı və qorxaq təəssüfkeş adlandırıb.

"Vətən səsi" xəbər verir ki, erməni mətbuatı Qazaryanın Kremlin təbliğatçısı rolunda çıxış edən Solovyov və onun kimi düşünənlər barədə dediklərini tirajlayıb: "Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, "xüsusi hərbi əməliyyat" həyata keçirilə biləcək ərazidir. Solovyovun bu məsələdə təkcə Rusiya yox, Ermənistanda da tərəfdaşları var. Bunlar vaxtilə solovyovlar və simonyanların boyunların fəxrlə medallar asmış, bu gün isə açıq şəkildə hərbi təcavüzə çağıran və faktiki olaraq Ermənistanın işğalını təbliğ edənlərə cavab verməkdən qorxaraq susan dairələrdir. Onların hamısı Ermənistanın üçüncü ölkənin təsir dairəsi olduğunu düşünənlərdir. Amma unudurlar ki, Ermənistan bu gün öz suverenliyini bərpa edib. Onların məqsədi Ermənistanı bu suverenlikdən məhrum etmək, yenidən təsir zonası, forpost və quberniyaya çevirməkdir".

Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarlarının Kremlin təbliğatçısına cavab verməkdən qorxduqlarını bildirib.

 

Elxan SALAHOV

Oxşar xəbərlər