"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Baş nazir amerikalı səfirin fəaliyyətindən razılığını ifadə edib. O, qeyd edib ki, xanım Kuin İrəvanda səfir olduğu dövrdə ABŞ-la Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırılmasına böyük töhfə verib.
Tərəflər "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Yeri gəlmişkən, Kristina Kuin bu yaxınlarda Ermənistanın Azərbaycanla sərhədinə gələrək ərazidə müşahidələr aparmışdı. Həmin vaxt onu müşayiət edənlər arasında Ermənistanın ABŞ-dakı səfəri Lilit Makunts da vardı. Məsələnin ən maraqlı tərəfi o idi ki, iki səfirin eyni vaxtda Azərbaycanla sərhədə gəlişinin məqsədi, orada nəyə diqqət yetirildiyi və ya nəyin muzakirə olunduğu barədə ictimaiyyətə əlavə məlumat verilməmişdi.
Elxan SALAHOV