O, bu barədə Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrinə dair X sosial şəbəkəsindəki hesabında yazıb.
Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin qısa müddətdə imzalanması regionun və onun hüdudlarından kənarda olan bütün ölkələr və xalqlar üçün yeni bir səhifə açmağa imkan verər". (Report)