15.01.2026, 12:11
AZ EN
30.12.2025, 15:26 160

Rusiyanın Zəngəzur dəhlizi barədə gözləntiləri var

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizi layihəsinin mövcud razılaşmalar əsasında həyata keçirilməsi Ermənistanın Rusiya ilə münasibətlərinə mənfi təsir göstərə bilər.

"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Noev Kovçeg" qəzetinə müsahibəsində bildirib. Səfir Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı gözləntilərinin olduğuna da işarə edib. O, qeyd edib ki, Rusiya "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsiilə bağlı qəti mövqe bildirməyə tələsmir. Onun sözlərinə görə, Moskvanın yekun mövqeyi yalnız konkret addımlar atıldıqdan sonra formalaşdıracaq.

Bununla belə, səfir əlavə edib ki, onun ölkəsi Ermənistan və ABŞ arasında razılaşdırılmış "Tramp yolu" layihəsi üzrə danışıqları və hərəkətləri diqqətlə izləyir, lakin indiyə qədər bu istiqamətdə praktik iş aparılmayıb. Onun sözlərinə görə, bu marşrut Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyünü də təsir edə bilər: "Çünki yük daşımaları ölkə ərazisindən Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinə uyğun tənzimlənir. Rusiya bu məsələdə Ermənistan tərəfi ilə konkret məsləhətləşmələr aparmağa hazırdır".

Sergey Kopırkin Rusiyanın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını davamlı şəkildə dəstəklədiyini xatırladıb. O, əlavə edib ki, bu istiqamətdə irəliləyiş 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalara əsaslanır: "Müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və qonşularının maraqlarını nəzərə almalıdır".

Elxan SALAHOV

Oxşar xəbərlər