"Vətən səsi" xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb. Paşinyan bildirib ki, onun Azərbaycan liderinə təşəkkür elan etməsi tamamilə məntiqli və adekvat münasibətdir: "Mən fikir vermişəm ki, bizim baş verənləri dərk edilməsini həddindən artıq mürəkkəbləşdirmək meylimiz var. Məsələn, niyə bu mikrofon mavidir, o biri isə qırmızı, niyə sarı deyil, qaradır və artıq bunun əsasında geosiyasi nəticələr çıxarılır".
Nikol Paşinyan vurğulayıb ki, istənilən halda Ermənistanla birbaşa əlaqəsi olan hər hansı hadisə baş verdikdə ölkə buna öz münasibətini bildirməlidir: "Əgər bu münasibət müsbətdirsə, bunu mütləq açıq şəkildə ifadə etmək lazımdır".
Ermənistanın Baş naziri bu xüsusda son zamanlar atılan bir neçə vacib addımı xatırladıb. O, qeyd edib ki, əvvəlcə Qazaxıstandan, daha sonra isə Rusiyadan ölkəyə taxıl gətirilməsi zamanı rəsmi Bakının məhdudiyyətləri aradan qaldırması, eləcə də Ermənistana dəmir yolu ilə daşımalara icazə verilməsi təşəkkürə və minnətdarlığa layiq qərarlardır: "Bundan əlavə, Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bildirib. Neft məhsulları ilə yüklü vaqon gəldi və həmin məhsul bazara daxil oldu".
Elxan SALAHOV