15.01.2026, 21:22
AZ EN
22.12.2025, 15:56 135

Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb

XƏBƏRLƏR
  • Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb.

Bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, Bugünə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd-dan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 mlrd sərmayə qoyub: “Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər. Türkiyədə 3000 Azərbaycan şirkəti fəal iş aparır. Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq. Azərbaycanın azad edilmiş ərazilərində icra edilən layihələrdə qardaş Türkiyə şirkətləri bizimlə bərabər çalışır. 20-yə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”. (APA)

Oxşar xəbərlər