22.11.2024, 05:25
AZ EN
15.11.2023, 14:56 315

Əziz Ələkbərli: “Ermənistan vətəndaşı kimi doğma yurdumuzda yaşamağa hazırıq”

XƏBƏRLƏR

“Qarabağda miqrasiya edilən ermənilərin hüququndan danışan bəzi Qərb dövlətləri bizim Qayıdış məsələsinə biganə yanaşırlar. Halbuki, erməniləri heç kim Qarabağdan qovmayıb. Onlar qondarma rejimin, Ermənistan hakimiyyətinin təzyiqi ilə Qarabağdan köçüblər. Lakin biz Qərbi azərbaycanlıları Ermənistandan qovublar və bizim  qayıdış hüququmuz barədə danışılmır”. Bu sözləri “Real” TV-yə açıqlamasında  Qərbi Azərbaycan “İcması”nın sədri, millət vəkili Əziz Ələkbərli bildirib. O, qeyd edib ki, Qərbi azərbaycanlılar bu münaqişənin ilk mərhələsindəcə əziyyət çəkiblər: “Azərbaycan Respublikasının Prezienti cənab İlham Əliyev noyabrın 13-də ATƏT parlament assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bir daha diqqəti bölgədəki reallığa cəlb etdi. Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bildirdi. Dövlət başçımız bir daha diqqəti Qərbi Azərbaycan məsələsinə yönəltdi və bildirdi ki, Azərbaycan Ermənistana birgəyaşayış və qeriqayıtma hüququ ilə bağlı aydın və şəffaf  proqram təqdim edib.  Lakin Ermənistan azərbaycanlıların geri qayıtma hüququnu israrla inkar edir. Qərbi Azərbaycan “İcması” olaraq şəxsən bizim  üçün də maraqlıdır. Ermənistan  rəhbərliyi bizim bu hüququmuzu inkar edəndə nəyə əsaslanır? Bu gün müharibə bitibsə,  onun nəticələri aradan qalxırsa,  bizim də öz evlərimizə geri dönməmiz ədalətli olmazmı?”

Əziz Ələkbərli  daha sonra əlavə edib ki, Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı kimi öz doğma yurdlarında yaşamağa hazırdırlar: “ATƏT Avropada təhlükəsizliyə, birgəyaşayışa çalışan bir təşkilatdır. Azərbaycan Prezidenti Qarabağda yaşamış dinc erməni əhalisinə Azərbycan vətəndaşlığını qəbul etmək şərtiylə  hər cür şərait yaratmağa hazır olduğunu dəfələrlə bəyan edib.  Biz, Ermənistandan qovulan azərbaycanlı qaçqınlar da Ermənistan rəhbərliyindən belə bir addım gözləyirik. Biz razıyıq. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda yaşasınlar. Biz də  Ermənistan vətəndaşı kimi Ermənistandakı doğma evlərimizə qayıdaq. Birgəyaşayışın formulu budur. Azərbaycanda azərbaycanlılarla ermənilər yanaşı yaşayacaqlarsa,  Ermənistanda da azərbaycanlılarla ermənilərin birgəyaşayışı təmin olunmalıdır. Bu qarşılıqlı etimad sülhə də kömək edər”.

Qeyd edək ki,  azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlayıb. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası 1905, 1920, 1948, 1953 və 1988-1992-ci illər olmaqla 3 mərhələdə aparılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR