21.12.2024, 21:06
AZ EN
27.10.2022, 14:18 283

XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır

XƏBƏRLƏR

Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabındakı paylaşımında qeyd edilib.

 

“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, - paylaşımda qeyd olunub.

APA

Oxşar xəbərlər