Bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbirdə deyib.
V.Mustafayev zavodların istehsal imkanlarının artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edildiyini, eyni zamanda, ixrac potensialının genişləndirildiyini diqqətə çatdırıb. (Report)