Ttədbirdə Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin qorunması və xalqın inkişafı naminə gördüyü tarixi xidmətlərdən bəhs olunub.
Bildirilib ki, Gürcüstandakı azərbaycanlı gənclərin savadlı, vətənpərvər və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi də Heydər Əliyev ideyalarının mühüm tərkib hissəsi idi.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycanın inkişafı üçün gördüyü böyük işləri əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. (Report)