"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, ABŞ dövlət katibinin müavini İrəvanda Ermənistan hökumətinin rəhbərliyi ilə görüşəcək. O, avqustun 8-də ABŞ və Ermənistan liderlərinin, habelə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Vaşinqtonda keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmaların icra vəziyyətini öyrənmək və müvafiq məsələri müzakirə etmək üçün İrəvana gəlib.
Elison Huker "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsi, eləcə də Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərininin normallaşması istiqamətində atılan addımları müzakirə etmək niyyətindədir.
Erməni mətbuatı yazır ki, ABŞ rəsmisinin Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi və Türkiyə üzrə xüsusi nümayəndə ilə ayrı-ayrılıqda görüşəcəyi gözlənilir.
Elxan SALAHOV