01.08.2025, 15:09
AZ EN
21.10.2022, 15:35 813

Azərbaycan Prezidenti: “Bölgədəki işlər Türkiyə və Azərbaycanın fəal iştirakı, izni ilə aparılacaq”

XƏBƏRLƏR

Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğu Zəngilan görüşü Prezidentlərimizi, xalqlarımızı bir daha bir-birinə daha sız bağlayacaq, necə deyərlər, bundan sonra da bərabər yürüyəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Hava Limanının açılış mərasimində birgə iştirakı, mərasimdən sonra mətbuata bəyanatla çıxış etmələri bunun bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti R.T.Ərdoğanın  düşmənlərimizin belə heyranlıqla izlədiyi bu görüşləri və səsləndirdikləri  bəyanatları, həm ölkəmizdə, həm də qardaş ölkə ictimaiyyəti tərəfindən böyük təntənə ilə qarşılanmışdır.

“Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti  təntənəsidir”-sözlərilə bəyanat verən Azərbaycan Prezidenti İlham Əliyev xüsusi vurğulayıb: “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu bizim üçün böyük xoşbəxtlikdir. Və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dovr bu birliyi daha da gücləndirdi. Keçən il Şuşada Şuşa Bəynnaməsini biz imzaladıq və rəsmən Türkiyə və Azərbaycan müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu.  Bu həm xalqlarımıza ciddi göz aydınlığıdır, eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır. Türkiyə Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Barış – istiqrar faktorudur. Ancaq eyni zamanda əgər kimsə, yenə də  bizə qarşı ədalətsiz hərəkət etmək istəsə,  əlbəttə ki, bu faktoru ciddi  nəzərə almalıdır. Dövlətimizin başçısı daha sonra əlavə edib: “Əziz qardaşımın liderliyi sayəsində  Türkiyə son illər  böyük uğurlu yol keçib,  dünya çapında güc  mərkəzinə çevrilib. Türkiyədəki istiqrar, gəlişmə, inkişaf,  göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, kiriz yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür.  Iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı  etirazına səbəb olur. Türkiyə isə inamla  irəliləyir. Dev projelər gerçəkləşdirir. Bölgədə söz sahibidir, dünyada  önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır.  Hər kəs bilməlidir ki,  bu uğurların  səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda  Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və  bunu Azərbaycana gələn hər  bir insan görür.  İkinci Qarabağ savaşından sonra  Türkiyə Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb.  Yəqin ki, siz də görürüsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları  bir yerdə dalğalanır. Bu ürəkdən gələn duyğulardır,  bu əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir.  Və bu zəmanəmizin  tələbidir.  Bu gün əziz  qardaşımın burda olması, böyük heyətlə, hökumət nümayəndələri ilə burda olması bir daha onu göstərir ki,  biz hər zaman olduğu kimi  bir yerdəyik və  bir yerdə olacağıq.  Bundan sonra  bölgədə gedən işlər,

  əlbəttə ki, Türkiyə  və Azərbaycanın fəal  iştirakı ilə və izni ilə aparılacaq. Istər siyasi təşəbbüslər,  iqtisadi , enerji, nəqliyyat, bütün bu sahələrdə  bizim iş birliyimiz  artıq bölgəsəl  çərçivədən çıxıb kürəsəl  səviyyəyə qalxıb. Bir daha  əziz qardaşım, bu əziz gündə  bizimlə bərabər olduğunuz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm, qardaş Türkiyə xalqına xoşbəxtlik,  sülh, barış arzulamaq istəyirəm. Yaşasın Türkiyə Azərbaycan  birliyi, qardaşlığı!”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər