Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.
Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb. (APA)