19.11.2025, 18:09
AZ EN
06.11.2025, 17:03 117

Maqdalena Qrono: Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir

XƏBƏRLƏR
  • Avropa İttifaqı (Aİ) regionda sülhü qorumaq məqsədilə həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlığa sadiqdir.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono"X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bakıda noyabrın 4-5-də yüksək səviyyəli məsləhətləşmələr keçirdim. Eyni zamanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, həmçinin digər rəsmi şəxslər və yerli ekspertlərlə sülh gündəliyini, o cümlədən əməkdaşlıq məsələlərini, Naxçıvana xüsusi diqqət yetirməklə regional əməkdaşlığı və humanitar məsələləri müzakirə etdim", - o qeyd edib. (Report)

Oxşar xəbərlər