"Vətən səsi" xəbər verir ki, bu barədə İrəvanda keçirilən “Orbeli-2025: Sülh və çoxtərəfli əməkdaşlıq Forumunda erməni politoloq Aleksandr İskəndaryan deyib. Beynəlxalq konfransda çıxış edən politoloqun sözlərinə görə, əgər Cənubi Qafqaza ABŞ-nin baxış bucağından yanaşsaq, onu bir region adlandırmaq olar, amma yerli sakinlər üçün bu, region hesab edilə bilməz.
İskəndaryanın fikrincə, bölgənin imkanlarından danışmaq üçün əvvəlcə regionun özünü yaratmaq lazımdır ki, Azərbaycan və Gürcüstanda olduğu kimi üçüncü ölkənin, yəni Ermənistanın da vətəndaşları bir-biri ilə vasitəçilərsiz qarşılıqlı əlaqə qura bilsinlər: "Amma həqiqət naminə demək lazımdır ki, son beş ildə Cənubi Qafqazda vəziyyət ciddi şəkildə dəyişib. Xüsusən 44 günlük müharibə və Ukraynada savaşın başlamasından sonra. Regiondakı müsbət dəyişikliklərin əsas aparıcı qüvvəsi isə Azərbaycandır. Bakı region ölkələri arasında, xüsusən də uzun illərdir bir-biri ilə müharibə aparan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox böyük bir yol gedib, bu proses indi də davam edir".
Elxan SALAHOV