12.02.2026, 19:10
AZ EN
12.02.2026, 17:20 8

Zatulin qəzəbləndi: “Paşinyan üçün bunun mənası yoxdur”

XƏBƏRLƏR
  • “İrəvanda Amerika investisiyasını əhatə edən sazişin imzalanması Rusiyanın regionda maraqlarına hücumdur. Ermənistanla ABŞ arasında nüvə enerjisi sahəsi də daxil olmaqla əldə edilmiş 9 milyard dollarlıq razılaşma isə Vaşinqtonun İrəvanı öz təsiri altında saxlamaq cəhidindən başqa bir şey deyiul”.

“Vətən səsi” xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib. O, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin regiona səfərini şərh edərkən bildirib ki, Ermənistan iqtisadi sahədə tam olaraq Rusiyanın təsir dairəsində və indi ABŞ özü orada yerləşməklə Moskvanın təsir rıçaqlarını əlindən almağa çalışır: “Hazırda Ermənistanı elektrik enerjisi ilə təmin edən “Metsamor” AES Rusiya qazı ilə işləyir. Stansiya bir neçə illik fasilədən sonra məhz Moskvanın sayəsində təmir edilərək yenidən istismara verilib. 1980-ci illərin sonlarında təhlükəsizliklə bağlı ehtimal edilən risklərə görə stansiyanın fəaliyyəti dayandırılmışdı, çünki AES seysmik baxımdan təhlükəli zonada yerləşir. Yaxşı xatırlayıram, 1990-cı illərin əvvəllərində İrəvana gələndə şəhər ətrafındakı bütün təpələrin yamaclarındakı ağaclar kəsilmişdi. Çünki şəhərdəki binaların balkonlarında odun sobası vardı, elektrik enerjisi yox idi. Gecələr İrəvan işıqsız qalırdı, hər yan qaranlığa qərq olmuşdu, heç nə görünmürdü. SSRİ dağıldıqdan sonra Ermənistan özünə gəlmək üçün Rusiyadan kredit ayırmağı və AES-i yenidən işə salmaq üçün təmir etməyi xahiş elədi, bu da həyata keçirildi. Bu gün isə cənab Paşinyan üçün bunun heç bir mənası yoxdur, gedib amerikalılarla razılaşır. İndiyədək Ermənistanda fəaliyyət göstərən “Rosatom”la əməkdaşlıqdan imtina edərək, amerikalılarla əməkdaşlığa üstünlük verir. Bu, bizim maraqlarımız, təsirimiz və perspektivlərimizə hücum deyilmi? Əlbəttə, elədir”.

Ermənistanın Rusiyanın maraqlarını nəzərə almadan  ABŞ-la yaxınlaşmasına qəzəblənən Zatulin bu cür siyasi gedişlərə görə erməni xalqından deyil, hazırkı hakimiyyətdən narazı qaldıqlarını söyləyib. Deputat bildirib ki, Rusiya istər SSRİ dövründə, istərsə də müstəqillik illərində ən çətin məqamlarda və həssa məsələlərdə Ermənistanın yanında olub.

Elxan SALAHOV

Oxşar xəbərlər