Diplomatik korpusla Zəngilanda səfərdə olan Rusiya səfiri Mixail Yevdokimov bu barədə açıqlamasında bildirib.
O, səfər çərçivəsində regionun necə sürətlə bərpa olunduğunu, ərazilərə qayıdacaq azərbaycanlılar üçün həyata keçirilən layihələrlə tanış olduğunu deyib.
“Biz heyvandarlıq kompleksinə və dəmir yolunun bərpası prosesinə baxdıq. Böyük hörmət və iftixar hissidir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyev açılışlarda şəxsən iştirak edir”, - səfir əlavə edib. (APA)
