20.11.2025, 04:37
AZ EN
29.10.2025, 16:00 160

İrəvan Bakının haqlı tələbini yerinə yetirəcək

XƏBƏRLƏR
  • Rəsmi İrəvan Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu etiraf edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyan Azərbaycan tərəfinin bu iddialarını təsdiq edib.

“Biz bu məsələləri təhlil etdikdən sonra belə qərara gəldik ki, doğrudan da Müstəqillik Bəyannaməsində müəyyən problemlər var”, - deyə Araik Arutyunyan əlavə edib.

O, Baş nazir Nikol Paşinyanın “Müstəqillik Bəyannaməsinin məzmunu elədir ki, buna əsasən, Ermənistan Respublikası mövcud ola bilməz” fikri ilə razı olduğunu da bir daha təsdiq edib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün bu yanlışın düzəldilməsini tələb edib. Gələn il Ermənistanda qəbul olunacaq yeni Konstitusiyadan bu məqamın çıxarılacağı gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər