28.10.2025, 04:15
AZ EN
23.10.2025, 14:16 231

Simonyan Bakıya gəlmək istəyir

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan Bakıya gəlmək arzusundadır.

"Vətən səsi" xəbər verilir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Simonyan özü deyib. O, bildirib ki, Vaşinqton razılaşmasından sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə əhəmiyyətli irəliləyiş müşahidə olunur. Parlament sədrinin sözlərinə görə, regional və beynəlxalq əməkdaşlıq çərçivəsində yaxınlaşma da Bakı ilə İrəvanı dayanıqlı sülhə təşfiq edir: “İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm. Amma buna qədər müzakirə edilməli olan məsələlər var".

Alen Simonyan tərəflər arasında müzakirə edilməli olan mövzulardan danışarkən hazırda Bakıda mühakimə olunan erməni separatçılarının cinayət işi ilə bağlı məsələləri misal göstərib. O, deyib ki, bu cür məsələlərin ədalətli həll yolunun tapılması üçün müəyyən müzakirələrə ehtiyac var: "Azərbaycan tərəfinin sülhə sadiqliyi indi hamı tərəfindən daha aydın başa düşülür. Azərbaycan parlamentinin sədri ilə görüşdə ab-hava bir çox beynəlxalq həmkarlarla müqayisədə daha yaxşıdır. Mən Azərbaycan parlament sədrinin sülhə sadiqliyini bir gördüm. Əminəm ki, ikimiz də münaqişənin birdəfəlik bitməsini və dayanıqlı sülhün əldə olunmasını istəyirik".

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə keçirilən beynəlxalq tədbir çərçivəsində yenidən görüşüblər. İkinci Qarabağ müharibəsindən sonra hər iki ölkənin parlament sədrləri arasında bir neçə dəfə belə görüşlər keçirilib və bu, belə demək mümkünsə, artıq ənənə halını alıb.

Elxan SALAHOV

Oxşar xəbərlər