Təbii ki, üçüncü ölkə deyəndə, ya Azərbaycan, ya da Türkiyə nəzərdə tutulur. Əslində, Azərbaycan da deyir ki, bu onların daxili məsələsidir. Amma digər tərəfdən də biz bunu tələb kimi bu vaxtla irəli sürürük ki, axı, bizim ərazimizə iddia var.
Ararat Mirzoyanın “bizim məsələmizdir” deməsi, əslində, bu dəyişiklikdən yayınması kimi qəbul edilə bilərmi, yoxsa bu daxili auditoriyaya yönəlmiş bir mesajdır?
“Ermənistan tərəfi nəzərə almalıdır ki, əgər konstitusiya dəyişikliyi olmayacaqsa, sülh müqaviləsi də olmayacaq”.
Bunu ARB24-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistan konstitusiyası dəyişikliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib:
Deputat bildirib ki, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, mütələq şəkildə Ermənistan konstitusiyasında dəyişiklik etməlidir: “Bir ölkənin konstitusiyasında həm bizə qarşı, həm Türkiyəyə qarşı ərazi iddiaları var. Bu ərazi iddiaları olduğu təqdirdə hansı sülh müqaviləsindən və hansı sənədin imzalamasından söhbət gedə bilər və bunu dəfələrlə Azərbaycan müxtəlif platformalarda Ermənistanın diqqətinə çatdırıb”.
Millət vəkili əlavə edib:
“Amma mən düşünürəm ki, Ararat Mirzoyanın bu fikirləri daha çox daxili auditoriyaya yönəlib. Daxili auditoriya bu məsələ ilə bağlı davamlı olaraq hakimiyyətə təzyiq edir. Həm müxalif qüvvələr, həm də daxildə müəyyən ayrı-ayrı şəxslər davamlı olaraq Paşinyan komandasını satqınçılıqda və Azərbaycanın göstərişlərini bir-bir yerinə yetirməkdə ittiham edirlər. Ona görə də düşünürəm ki, bu məsələ daha çox daxili auditoriyaya yənəlib. Məlumdur ki, Ermənistanın daxilində ciddi bir gərginlik var. Son günlər, xüsusilə də bu “Taşir” Şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanla bağlı Ermənistanda müəyyən proseslərin getdiyini görürük. Bu daha çox auditoriyanın sakitləşməsinə yönəlmiş bir addımdır. Bir daha qeyd edək ki, söhbət ondan gedir ki, ana sənəddə bizə qarşı ərazi iddiası var. Sabah Paşinyan hakimiyyətdən getdi, başqa qüvvələr gəldi. Onlar deyəcəklər ki, ana qanunda belə göstərilib və biz bu sülh müqaviləsini ləğv edirik və qəbul etmirik. Ona görə də bu, bir prinsipial məsələdir. Düşünürəm ki, artıq Ermənistanda bu istiqamətdə işlərə başlanılıb. Sadəcə, bunu bu formada cəmiyyətə təqdim edirlər və mən inanıram ki, çox böyük ehtimal seçkilərdən sonra da ya bu ərəfədə biz Ermənistanın konstitusiya dəyişikliyinə də gedəcəyini görəcəyik. Çünki son günlər, ümumiyyətlə, Ağrı dağı ilə bağlı dəyişikliklər, rəsmi sənədlərin çıxarılması, Paşinyanın verdiyi açıqlamalar da onu göstərir ki, Ermənistan yavaş-yavaş bu məsələləri həll etmək istəyir. Amma hələ də Ermənistan daxilində bu gərginlik olduğuna görə, Ermənistanın daxilində hələ də Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyi körükləyən qüvvələr olduğuna görə zaman-zaman bu cür açıqlamalar verilir və bu ilk dəfə deyil”.
Tahirə AĞAMİRZƏ