11.10.2025, 06:41
AZ EN
06.10.2025, 08:59 232

Türk dünyası yeni qlobal gücə çevrilməkdədir

XƏBƏRLƏR
  • Sabah Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşü öz işinə başlayacaq. 

  "Azərbaycan Prezidentinin dəvəti əsasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək".

Bunu açıqlamasında Milli Məclisin deputatl Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir: "Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir. Bu isə o deməkdir ki, Türk dünyası yeni qlobal gücə çevrilməkdədir".
Millət vəkili əlavə edib:
"Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.
Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhvə verir. Bu Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geosiyasi mövqeyini daha da gücləndirir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər