10.10.2025, 01:11
AZ EN
03.10.2025, 09:17 177

Paşinyan KTMT-dən çıxdıqlarını elan etdi

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın patronaşlığı və təhlükəsizlik çətiri altında fəaliyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdıqlarını elan edib.

"Vətən səsi"  xəbər verir ki, bu barədə Baş nazir özü parlamentdə "hökumət saatı"nda çıxışında bildirib. O, deyib ki, KTMT-yə üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi İrəvanın həmin birlikdən azad olunmasını şərtləndirən əsas amildir: “2022-ci ildə biz anlayanda ki, KTMT Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq. Çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik".

Paşinyan Rusiyanın Qərbin NATO-suna alternativ kimi yaratdığı KTMT-nin təhlükəsizlik sistemini "köpük" adlandırıb: “O, dövlətimizin qurulmasının qarşısını alan vasitədən başqa bir şey deyildi”.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistanın böyük ehtimalla təşkilata üzvlüyünü dondurmaq əvəzinə KTMT-dən çıxacağını hələ iyulun 16-da bəyan etmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər