bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında deyilir.
“Ermənistandan azərbaycanlıların qovulması və Ermənistan hökumətinin onların geri qayıtmasına əngəl törətməsi Avropa Şurasının insan hüquqları konvensiyaları ilə tanınmış hüquqların kobud şəkildə pozuntusudur. Əsas vəzifəsi Avropa Şurasının insan hüquqları sahəsində konvensiyalarının yerinə yetirilməsi vəziyyətinin yoxlanılması olan AŞPA-nın Monitorinq Komitəsinin bu məsələyə məhəl qoymaması öz mandatına hörmətsizlikdir və bu qurum tərəfindən etnik və dini əsasda ayrı-seçkilikdir. AŞPA-nın monitorinq proseduru insan haqlarını irəlilədən mexanizm olmaqdan çıxaraq, bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilmişdir. Qərbi Azərbaycan İcması ayrı-seçkili davranışını pisləyir, onlardan öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ ilə məşğul olmağı tələb edir”, - məlumatda bildirilib. (APA)