19.10.2024, 23:22
AZ EN
23.10.2023, 22:35 220

Lavrov: Münaqişə böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur

XƏBƏRLƏR
  • Ermənistan-Azərbaycan münaqişəsi böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvan “3+3” formatına müsbət yanaşır:

“Bu, başlıca həll olunmamış problem olub. Əlbəttə ki, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması ilə bağlı praktiki addımların atılması qalır. Hər şeydən öncə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və hansısa maneə olmadan nəqliyyat və iqtsadi əlaqələrin qurulması qalır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair bu aspektlər birbaşa olaraq “3+3” formatında müzakirə olunmur. Tərəflərin razılaşdığı kimi bunun üçün ayrıca kanallar var. Rusiya bütün bu proseslərdə əlaqələndirici rolunu oynayır. Lakin “3+3” platforması özü-özlüyündə Azərbaycan və Ermənistanın iştirak etdiyi digər əlavə platformalar kimi Bakı ilə İrəvan arasında qalan problemləri həll etməyə obyektiv kömək edir”. (APA)

Oxşar xəbərlər