Bu sözləri AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzusunda panel müzakirə zamanı deyib.
O bildirib ki, KİV-lərin əsasən qələm və dəftərdən ibarət olduğu bir vaxtda da jurnaliatika etikası var idi:
"İndi isə bu anlayış bir az fərqlidir. Bu gün biz hakerlikdən danışırq. Bu gün etika nəyinki bir öhdəlikdir, biz bu müstəvidə bir çox çağırışlarla üzləşirik. Jurnalistin qarşısındakı vəzifə məlumatı birinci yaymaq yox, dəqiq məlumat verməkdir. Faktları yoxlamaq 21-ci əsrə aid olan mühim bir bacarıqdır".
Onun sözlərinə görə, məlumatı operativ çatdırmaq onun gerçəkliyini kölgə altına salmamalıdır.
"Bəzən olur ki, biz məlumatı gec veririk, amma bizdə yanlış xəbər verilib iradı tutulmur.
Emosional başlıqlar kimi hallarla üzləşirik. Bu ictimai fikrin monipulyasiyaya məruz qalması ilə nəticələnir. Biz nəyinki məlumatı yoxlamaq, bu məlumatın hansı reallıqda baş verməsini də unutmamalıyıq".
"Zənnimcə, jurnalistlər, jurnalist təşkilatları arasında əlaqələri dərinləşdirmək lazımdır ki, onlar hadisələri təhrifə yol vermədən işıqlandırsınlar. Auditoriya sizdən həqiqətləri gözləməklə savayı bilmək istəyir ki, siz məlumatı hansı mənbədən əldə etmisiniz. Jurnalistin kiçik bir səhvi cəmiyyətdə böyük bir təlaşa gətirib çıxara, jurnalistika sahəsinə olan inamın itməsinə səbəb ola bilər. Bəzən məlumatı təkrar yayırlar və bunu öz adlarından təqdim edirlər. Onlar artıq öz həmkarlarına hörmətsizlik edirlər. Peşəkar jurnalist məsuliyyətli jurnalistdir. Peşəkar jurnalist saxta məlumatların yaranması və yayılması kimi əməllərə əl atmamalıdır. Məsuliyyətdən danışırıqsa, etibar olmalıdır. Texnologiya həmişə dəyişir amma vicdan əbədi olaraq qalır", - deyə Sevinc Abdullayeva fikirlərini tamamlayıb. (Trend)