10.10.2025, 15:21
AZ EN
30.09.2025, 13:12 238

Rasim Bağırov: Bizim bölgədə dezinformasiyanın ayırd edilməsi mühüm əhəmiyyət kəsb edir

XƏBƏRLƏR
  • Rəqəmsal transformasiya mövcud vəziyyətdə ən prioritet məsələlərdən biridir. XX əsr informasiya və eyni zamanda, dezinformasiya əsridir. Bu, saxta məlumatların böyük bir axını ilə əlaqədardır. Bizim kimi mürəkkəb geosiyasi bölgədə də bu informasiyanın ayırd edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzulu panel sessiyada Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.

O, informasiya sahəsinin sərhədləri olmadığını və buna görə də bizim bu məsələdə dövlət təhlükəsizliyini təmin etməli olduğunun vacibliyini qeyd edib.

“Biz Medianın İnkişafı Agentliyi olaraq media savadlılığı həftələri, konfranslar, tələbələrin və gənclərin iştirak etdiyi seminarlar, “ASAN radio” ilə “Smart media” layihəsi, AzTV-də yayımlanan “Medialb” layihələri həyata keçiririk. Mediamız Özbəkistanın media subyektləri ilə çox sıx əməkdaşlıq edir. Nümunə kimi bu yaxınlarda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını gətirmək olar. İki ölkə arasında qarşılıqlı mediaturlar təşkil olunur. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük səylər göstərilir", - deyə departament direktoru əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər